20 Sentyabr 2019
19 Sentyabr 2019
Zaqatalada yanğın oldu
Zaqatalada yanğın oldu HADİSƏ 16:05 2019-08-15

Zaqatala rayonunda yanğın baş verib.

Unikal.org-un Report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Aşağı Tala kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Cəriyyət Yaqubovaya məxsus həyətyanı sahədə yerləşən yardımçı tikili yanıb. Nəticədə tikilinin içində olan əşyalar, o cümlədən qış tədarükü üçün hazırlanan ərzaqlar tamamilə yanıb.

C.Yaqubova hadisə yerinə çağrılan yanğın söndürənlərin gec gəlməsindən narazılığını bildirib. O deyib ki, əgər yanğınsöndürənlər vaxtında gəlsəydilər tikilinin tamamilə yanmasının qarşısını almaq olardı.