Azərbaycanda mama-ginekoloq Aysel Paşayeva da hamilə qadınlarla həkimlərin rəqs etməsi trendinə qoşulub. Belə ki, pasiyenti olan bir neçə hamilə qadınla palatada rəqs edib, onlarla halay vuran ginekoloq sonradan onları keysəriyyə əməliyyatına aparıb. 

Unikal.org medicina.az-a istinadən xəbər verir ki, baş verənləri videoya çəkən ginekoloqun bu hərəkəti maraqla qarşılanıb.

Həkim doğuş və keysəriyyə öncəsi hamilələrin gərginlik və həyəcanının azaldılması məqsədilə rəqs etməyin faydalı olduğunu bildirib.

Qeyd edək ki, videonu müğənni Xatirə İslam üzə çıxarıb, hamilələr və həkim onun ifasında olan mahnıya oynayıblar. 

Həmin videonu təqdim edirik: