Abşeronda qaz olmayacaq

Unikal.org xəbər verir ki, avqustun 16-da saat 9:00-dan etibarən işlər başa çatanadək Abşeron rayonu Ceyranbatan, Saray, Müşviqabad, 28 may qəsəbələri, Çayli-Qobustan yaşayış massivi, eləcə də Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək, Çiçək qəsəbələri və Qaçqınlar şəhərciyində bir qrup istehlakçının qaz təchizatı dayandırılacaq.

Bu müddət ərzində Qaz İxrac İdarəsinin balansında olan “Qaradağ-Sumqayıt” magistral qaz kəmərinin bir hissəsinin dayaqlar üzərinə qaldırılması işləri aparılacaq.