Bakıda "Xəzər" televiziyasının yaxınlığında 2 minik avtomobilinin toqquşması nəticəsində ana və qızı - 1986-cı il təvəllüdlü Nəsirova Aytəkin Zöhrab qızı, onun övladı 2007-ci il təvəllüdlü Nəsirzadə Nəsrin Zaur qızı yaralanıb.

Unikal.org-un xəbərinə görə, yaralılar dərhal xəstəxanaya yerləşdirilib. 

A.Nəsirovaya burunun açıq sınığı, N.Nəsirzadəyə isə üzün və dodaqların kəsilmiş-əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.