Ağcəbədidə yaşayış evində silah anbarı aşkarlanıb.

Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən avqustun 15-də rayon ərazisindəki evlərin birinə baxış zamanı ev sahibəsinin mərhum atasına məxsus 1 ədəd “F-1” qumbarası, 6 ədəd tüstüverici qumbara, 1 ədəd “AKS” markalı silah, 1 ədəd nömrəsi silinmiş “Naqan” tipli tapança, 1 ədəd “TOZ-8” markalı, 2 ədəd “İJ-16” markalı, 1 ədəd küstar üsulla hazırlanmış tüfəng, 2 ədəd “İJ-37” markalı siqnal tapançaları, 2 ədəd patron darağı, 7 ədəd bıçaq və 106 ədəd patron aşkar edilərək götürülüb.