“Samur” gömrük postunun idxal-gömrük nəzarəti xəttinə Rusiya Federasiyasından daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi “VAZ 21093” markalı avtomobil saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, gömrük baxışı zamanı sözügedən nəqliyyat vasitəsinin baqajında, yanacaq çəni üçün nəzərdə tutulan qaz balonunun içərisində gömrük nəzarətindən gizlədilən 9600 ədəd “Heets” markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.