Xətai rayonu Gəncə prospekti ilə Neapol küçələrinin kəsişməsində Ukrayna dairəsinin yaxınlığında  hasara alınmış ərazidə  ağcların kəsilmək təhlükəsinin olması ilə bağlı ETSN-yə daxil olan müraciət Nazirliyin əməkdaşları tərəfindən  araşdırılıb.

Unikal.org xəbər verir ki, araşdırma zamanı  hasara alınmış ərazinin bir hissəsində Bakı Şəhər İcra Hakimiyyətinin  sərəncamına əsasən, Asan xidmət mərkəzinin tikintisi aparılacağı  müəyyən olunub.  

Hasara alınmış sahədə ağac kəsintisi faktı qeydə alınmayıb.

Ərazidəki 18 Eldar şamı, 37 sərv, 5 yulğun kolunun qeydiyyatı aparılaraq qulluq göstərilməsi, qorunub saxlanılması və bir neçə qurumuş ağacın yenisi ilə  əvəzlənməsi  məqsədilə Xətai rayon mənzil kommunal təsərrüfat birliyinə  "məcburi göstəriş" verilib.  

Yaşıllıqların qorunması istiqamətində göstərdikləri həssas münasibətə və ETSN ilə əməkdaşlığa görə Nazirlik ictimaiyyət nümayəndələrinə təşəkkürünü  bildirir.