Bu gün Türkiyənin bir çox yerlərinə leysan yağıb.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, güclü yağış daha çox İstanbulda müşahidə edilib. İstanbulun Fatih və Eminönü rayonlarında bir kvadrat metrə düşən 113 kiloqramdan çox yağıntı sel fəlakətinə səbəb olub.

Fatihdəki Unkapanı körpüsünün altında toplanan sel sularında bir nəfər boğularaq ölüb.

Eminönüdə isə Qapalı çarşı və Altkeçid ticarət obyektlərini su basıb.

Üsküdarda sel suları yolun  çökməsinə səbəb olub. 

Hava şəraiti səbəbindən bəzi ərazilərdə tramvay səfərləri və dəniz səyahətləri təxirə salınıb.