Ötən mövsümdə "Halka" serialında rol alan və "Kod adı: Kurşun" üçün kamera qarşısına keçəcək aktrisa Hande Erçel uzun fasilədən sonra İnstaqramında paylaşım edib.

Unikal.org xəbər verir ki, aktrisanın şəkli 1 milyon bəyəni toplayıb. Fotoda Erçel qara çimərlik geyimində yer alıb.

Qeyd edək ki, Hande bir izləyicisinin ona yazdığı təhqir şərhindən sonra İnstaqramdan uzaqlaşıb. O, izləyicisini polisə şikayət etmişdi.