Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov  23 avqust 2019-cu il tarixdə, saat 10:00-da Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Beyləqan və Füzuli rayonlarının sakinləri ilə görüşəcək.

Unikal.org xəbər verir ki, avqustun 23-də, saat 10:00-da Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev İmişli Dövlət Aqrar İnkişaf Mərkəzində İmişli və Saatlı rayonlarından olan vətəndaşları, Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov isə Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzində Ağcabədi və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcəklər.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-571-61-78), İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-758-80-00) və Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-318-88-76) müraciət edə bilərlər.  

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.