Lerik rayonunun Lərmərud kəndində yanğın hadisəsi olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 60 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 2,5 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.