Astara rayonunda 40 yaşlı qadın itkin düşüb.

Unikal.org trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Şiyəkəran kəndində baş verib. 

Kənd sakini Hüseynova Aysel Asf qızı polisə müraciət edərək bildirib ki, anası 1979-cu il təvəllüdlü Hüseynova Sadiqə Falat qızı 4 ay əvvəl yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Faktla bağlı araşdırma aparılır.