Quba rayonunda dağlıq ərazidə 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Unikal.org xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Quba rayonunda dağlıq ərazidə 1 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər vətəndaşı təhlükəsiz əraziyə endirərək aidiyyəti üzrə təhvil veriblər.