Əməkdar artist Könül Kərimova 40 günlük nəvəsi Dənizin şərəfinə ziyafət təşkil edib.

Unikal.org xəbər verir ki, müğənninin bağında baş tutan məclisə şou-biznes nümayəndələri dəvət olunub. Gecədən görüntünü şairə Nazilə Səfərli öz İnstaqram hesabında paylaşıb.

Qeyd edək ki, müğənninin qızı Ləman 2017-ci ildə Orxan adlı bəylə ailə qurub.