Tərtər rayonunda 6 yaşlı uşağı avtomobil vuraraq öldürüb. 

Unikal.org "Report"a istinadən xəbər verir ki, şəhər sakini Mahir Abdullayev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən 2013-cü il təvəllüdlü Pünhan Sadıqovu vurub. Yaralı xəstəxanaya çatdırılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.