Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev sözlərinin müəllifi olduğu mahnıya klip çəkdirib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, klipdə N.Nazarbayev dağətəyi ərazilərdə gəzir və vətəni haqqında mahnı oxuyur. Qeyd olunur ki, mahnının bəstəkarı Altınbek Korazbayevdir. Kadr arxasında isə eyni mahnını peşəkar sənətçilər ifa edirlər.

Klip N.Nazarbayevin “Instagram” səhifəsində yerləşdirilib.