21 Noyabr 2019
20 Noyabr 2019
Qumar evliliyini bitirdi
Qumar evliliyini bitirdi MƏDƏNİYYƏT-ŞOU 19:02 2019-08-20

Türk müğənnisi Serdar Ortaç və Xloye Louqnanın boşanma səbəbələri bəlli olub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Serdarın qumar vərdişi cütlüyün arasını pozub. Qumar oyunlarında külli miqdarda pul itirən müğənninin xanımına ad günündə hədiyyə belə ala bilmədiyi iddia edilir. Bundan əlavə, Xloyenin Amerikada keçirdiyi qəzadan sonra aylarla Türkiyəyə geri qayıda bilməməsi onların münasibətini daha da korlayıb. Səhvini anlayan, xanımını geri qaytarmaq istəyən Serdar ona 500 min lirə təklif etsə də, rədd cavabı alıb. Bundan sonra isə müğənni gizlicə boşanma qərarı alıb.

Boşandığını son anda öyrənən Xloyenin halı qəfildən pisləşib və xəstəxanalıq olub. Müğənni isə onun bu xəstəliyini mədə ağrısı kimi qələmə vermişdi.