İrlandiyada bir qrup şəxs küçədə gedən 14 yaşlı müsəlman qıza hücum edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hücum edən şəxslər qızı yerdə təpikləyib və hicabını çıxarıb ona yumurta atıblar. Həmin anları hücuma məruz qalan qız özü lentə alıb. 

Polis istintaq başladıb və həmin irqçi şəxslərin axtarışda olduqlarını bildirib.