Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin həlak olan pilotu polkovnik-leytenant Rəşad Atakişiyev dəfn edilib.

Unikal.org xəbər verir ki, vida mərasimindən sonra R.Atakişiyevin nəşi II Fəxri xiyabana gətirilib. Hərbi pilot burada torpağa tapşırılıb.

Azərbaycanın dövlət himni səsləndirilib, yaylım atəşi açılıb.