Nasimi Rayonu Cavadxan küçəsi bina 56-da azyaşlı uşağın ayaqlarının anası və xalası tərəfindən bir-birinə zəncirlənməsinə dair məlumat yayılıb.

Unikal.org Anews.az-a istinadən xəbər verir ki, zərərçəkənin azyaşlı olmasını nəzərə alaraq, onun səsinin və əlamətdərinin tam düşdüyü video yayımlanmır.

Video da azyaşlı açıq şəkildə deyir ki, onun ayaqlarını bir-birinə xalası zəncirləyib və 2 gündür evdə ayaqı zəncirlənmiş formada saxlanılır. Anası və xalası isə hər səhər işə gedirlər, axşam saat 12-ə kimi işdə olurlar. 

Onun sözlərinə görə, qapını da arxadan bağlayıblar və o ancaq evin içində ayağı zəncirlənmiş formada hərəkət edə bilir. Hətta özünə yeməyi də o formada götürür.

Həmin fotonu sizə təqdim edirik: