Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

"Reno" markalı iri tutumlu yük maşını ilə Kürdəmir sakini Əsgərov Mətləb Səftər öğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobil toqquşub.

Hadisə zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.