“Azərişıq” ASC-nin sədrinin vəzifəsini icra edən Vüqar Əhmədov avqustun 22-də Gəncədə (Gəncə şəhəri və Samux rayonu) 27-yə yaxın vətəndaşı qəbul edib. 

Qurumdan Unikal.org-a daxil olan məlumata görə, vətəndaşların fərdi müraciətlərini diqqətlə dinləyən “Azərişıq” ASC-nin rəhbərliyi bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib. 

Vətəndaşların müraciətlərinin əsas hissəsi yerindəcə həllini tapıb. Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib. ASC-nin fəaliyyət istiqamətlərinə aid olmayanların isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. 

Qeyd olunub ki, birbaşa vətəndaşların iştirakı ilə məsələlərin həlli təmin ediləcək.