"Mançester Siti"dən ayrıldıqdan sonra "Anderlext"in oynayan məşqçisi təyin edilən Vensan Kompaninin məşqçi vəzifəsi əlindən alınıb.

Unikal.org klubun saytına istinadən yaydığı xəbərə görə, komanda ilk 4 matçda cəmi 2 xal qazandığı üçün bu qərar verilib.  Beləliklə, 33 yaşlı müdafiəçi Belçika təmsilçisində təkcə oyunçu kimi karyerasını davam edəcək.

Qeyd edək ki, Kompani bu yay "Mançester Siti"dən ayrılıb.