Polşanın Tatrı dağlarına ildırım düşməsi nəticəsində ikisi uşaq olmaqla dörd nəfər həyatını itirib.

Unikal.org "Polskie Radio"ya istinadən xəbər verir ki, avqustun 22-də Tatrı dağlarında gözlənilmədən güclü qasırğa başlayıb.

İldırım turistlərin Qevont dağının zirvəsindəki xaça qalxdıqları trosu vurub. Nəticədə 4 nəfər ölüb, onlarla insan yaralanıb.

Qeyd olunur ki, yüngül xəsarət almış 89 nəfər Zokopane şəhərindəki xəstəxanaya göndərilib.

Hadisə yerində xilasetmə işləri davam etdirilir. Əraziyə baş nazir Mateuş Moravetskinin gəlişi gözlənilir.