Azərbaycan toyunda qəribə hadisə baş verib.Məclisdə iştirak edən kişilərin bir qismi saz havası altında hovuzun içində rəqs edib. 

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən aşıq Daşqın Gəncəli bildirib ki, hovuzda oynayanlar spritli içkinin təsirindən suya girməyiblər:

"Bu toy Gəncədə olub.Məclis toy sahibinin həyətində keçirilirdi.Bu toydan bir gün əvvəl həyətdə keçirilən "Ciyər axşamı" məclisi idi. Mən sazda ifa edirdim, hamı şənlənirdi.Orada keflilik hecnə olmayıb. Deyirlər guya suda çimənlər içkili olub, amma elə deyil. Bəyin özü və dostları hovuza girdilər. Sonra da böyüklər də musiqi sədası altında cavanlara qoşuldular. Bu videonun yayılmağı yaxşı olmadı.Onlar özünü tanıyan adamlar idi. Dünəndən bu günə telefonlarım susmur.Bu videonu sosial şəbəkədə yerləşdirəndə belə olacağını bilmirdim. Partlayış oldu videonu siləsi oldum.