19 Sentyabr 2019
18 Sentyabr 2019
Ramin Quluzadə və müavini vətəndaşları dinlədi - FOTOLAR
Ramin Quluzadə və müavini vətəndaşları dinlədi- FOTOLAR CƏMİYYƏT 15:47 2019-08-23

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi tərəfindən növbəti vətəndaş qəbulları keçirilib.

Unikal.org xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər  və  rayonlarda  2019-cu ilin avqust ayında vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq,  bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Tovuz şəhərində, nazirin birinci müavini Əli Abdullayev Ağstafada vətəndaşlarla görüşüb.
Nazirin qəbulunda Tovuz və Qazax rayonları, nazirin birinci müavininin qəbulunda Ağstafa sakinlərinin müraciətlərinə baxılıb. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi nəqliyyat, telekommunikasiya, poçt xidmətləri və digər məsələlərlə bağlı vətəndaşları dinləyib.
Bir sıra vətəndaş müraciətləri yerindəcə öz müsbət həllini tapıb. Araşdırılması tələb olunan müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həlli ilə əlaqədar nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Eyni zamanda, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan müraciətlər müvafiq qurumlara ünvanlanması üçün qeydiyyata alınıb.

  • Ramin Quluzadə və müavini vətəndaşları dinlədi- FOTOLAR