19 Sentyabr 2019
18 Sentyabr 2019
Nərimanovda sakinlərlə görüş oldu - FOTOLAR
Nərimanovda sakinlərlə görüş oldu- FOTOLAR CƏMİYYƏT 16:05 2019-08-23

Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev sakinlərlə növbəti səyyar qəbul keçirib.

Unikal.org-un məlumatına görə, sakinlərin onları narahat edən məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran A.Fərzəliyev əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb.

Qeyd olunub ki, yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaradır.

Sonda rayon icra hakimiyyətinin başçısı, sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib. 


  • Nərimanovda sakinlərlə görüş oldu- FOTOLAR
  • Nərimanovda sakinlərlə görüş oldu- FOTOLAR
  • Nərimanovda sakinlərlə görüş oldu- FOTOLAR
  • Nərimanovda sakinlərlə görüş oldu- FOTOLAR