19 Sentyabr 2019
18 Sentyabr 2019
Putinlə Ərdoğan telefonla danışdı
Putinlə Ərdoğan telefonla danışdı DÜNYA 16:37 2019-08-23

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. 

Unikal.org xəbər verir ki, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı  zamanı tərəflər əsasən Suriya və Liviyadakı hadisələrlə bağlı müzakirələr aparıblar. Ərdoğan bildirib ki, Suriya hərbi qüvvələrinin İdlibdə atəşəkəsi pozması və silahlı hücumları böyük böhranlara yol açır.

Türkiyə Prezidenti İdlibdəki hücumların ərazidəki problemlərin həlli cəhdlərinə zərər verdiyini və Türkiyənin milli təhlükəsizliyi baxımından bir təhdidə çevrildiyini vurğulayıb.