15 Sentyabr 2019
14 Sentyabr 2019
İlan dərisindən bikini geyindi - FOTO
İlan dərisindən bikini geyindi -FOTO MƏDƏNİYYƏT-ŞOU 19:29 2019-08-23

Dünyaca məşhur model Demi Rous ilan dərisindən tikilən bikinidə kameralar qarşısına keçib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 24 yaşlı model Bali adasında bir geyim firmasının çəkilişlərinə qatılıb. Onun ilan dərisindən tikilən bikinidəki pozları sosial mediada gündəm olub.

Bundan başqa, model bədən quruluşunu necə qoruması ilə bağlı sualları cavablandırıb. O, daha çox fındıq, qoz, fıstıq kimi çərəzlərlə qidalandığını deyib.

"Orqanizmim çəki almağa meyllidir. Ona görə karbohidrat istifadə etmirəm. Bəzi günlər isə sadəcə çərəz yeyirəm" deyə, o bildirib.


  • İlan dərisindən bikini geyindi -FOTO
  • İlan dərisindən bikini geyindi -FOTO
  • İlan dərisindən bikini geyindi -FOTO
  • İlan dərisindən bikini geyindi -FOTO