19 Sentyabr 2019
18 Sentyabr 2019
Bakıda kürəkən qayınanasını döyərək bu hala saldı - FOTOLAR
Bakıda kürəkən qayınanasını döyərək bu hala saldı -FOTOLAR KRİMİNAL 20:00 2019-08-23

Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Müsafayev küçəsində G. Abdullayevanın kürəkəni, Ağdaş rayonu Ləkə qəsəbəsində qeydiyyatda olan 1984-cü il təvəllüdlü Elnur Bayramov tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı polisə daxil olan məlumat Xəzər RPİ 1-ci Polis Şöbəsində araşdırılır.

Bu barədə Unikal.org-a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, qohumlar arasında yaranan mübahisənin detalları ilə bağlı həmin şəxslərin izahatları alınıb. Toplanan materiallar əsasında E.Bayramov şübhəli şəxs qismində saxlanılıb.

İzahatında E.Bayramov qeyd edib ki, avqustun 21-də günorta saatlarında həyat yoldaşı X.Hacıyeva aralarında mübahisə olduğu üçün onun evdən getməsini tələb edib, bundan sonra qayınanası G.Abdullayeva ona zəng edərək qızının uşaqla birlikdə onun evinə gəldiyini bildirib. Telefon danışığı zamanı tərəflər arasında yenidən mübahisə yaranıb,  bundan əsəbiləşən E. Bayramov onların yaşadığı ünvana gedib, qayınanana fiziki təzyiq göstərərək xəsarət yetirib.

Tərəflərin arasında yaranan mübahisə ilə bağlı müvafiq polis şöbəsində təhqiqat araşdırmaları davam etdirilir, əmələ hüquqi qiymət verilməsi üçün materiallar toplanılmaqla, xəsarətlərin dərəcəsinin təyin olunması üçün ekspertiza təyin olunub. 


  • Bakıda kürəkən qayınanasını döyərək bu hala saldı -FOTOLAR
  • Bakıda kürəkən qayınanasını döyərək bu hala saldı -FOTOLAR
  • Bakıda kürəkən qayınanasını döyərək bu hala saldı -FOTOLAR