18 Sentyabr 2019
17 Sentyabr 2019
Putin İlham Əliyevi Qələbə paradına dəvət etdi
Putin İlham Əliyevi Qələbə paradına dəvət etdi SİYASƏT 22:02 2019-08-23

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi şərəfinə 9 may 2020-ci ildə keçiriləcək parada dəvət edib.

Unikal.org "Sputnik Azərbaycan"a istinadən bildirir ki, məlumatı Rusiya Prezidentinin administrasiyasında tədbirin hazırlıq işləri ilə tanış olan mənbə verib.

Agentliyin həmsöhbəti qeyd edib ki, parada MDB ölkələrinin bütün liderləri dəvət olunur.

Daha əvvəl bildirildi ki, Rusiya Prezidenti Vladimir Putin Fransa, Çin, ABŞ, Şimali Koreya, Hindistan və Pakistan liderlərini də Qələbənin 75 illiyinə dəvət edib.