Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 22 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı şəhərindən keçən hissəsində qeydə alınıb. 

50-CM-013 dövlət nömrə nişanlı "Tofaş" markalı minik avtomobili yoldan çıxaraq betona çırpılıb, 4 nəfər xəsarət aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisə yeni baş verdiyi üçün xəsarət alan şəxslərin adları hələ ki, məlum deyil.