Bu gün axşam saatlarında İsmayılı rayonu Quşence kənd sakini, 1971-ci il təvəllüdlü Şükran Sahib oğlu Qəhrəmanov Şəkidə bıçaqlanıb.

Unikal.org xəbər verir ki,  o, bədənin sol kürəkaltı nahiyədən döş qəfəsinə nüfuz edən kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Tibb müəssəsindən bildirilib ki, Ş.Qəhrəmanovun üzərində cərrahiyyə əməliyyatı
aparıldıqdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır
qiymətləndirilir.

Bildirilir ki, Ş.Qəhrəmanov ailə üzvüləri və yaxınları ilə birlikdə tanışlarının toy məclisində iştirak etmək üçün İsmayıllı Şəki rayonunun Şəki kəndinə qonaq gəliblər. Toy mərasimində iştirak edib geri qayıdan zaman tanımadığı şəxslər qonaqların olduğu maşını saxlayıb və mübahisə ediblər.

Mübahisə zamanı maşının qabağını kəsən şəxslərdən biri əlində olan bıçaqla Ş.Qəhrəmanovun kürək nahiyəsindən bıçaqlayıb.

Faktla bağlı Şəki Şəhər Polis Şöbəsində araşdırma aparılır.