Kürdəmirdə 98 yaşlı qadın yıxılaraq ağır xəsarət alıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Çöhranlı kəndində qeydə alınıb.

Kənd sakini 1921- ci il təvəllüdlü Daşdəmirova Səriyyə Pənah qızı həyətyanı sahədə gəzərkən yıxılıb.

Yaşlı qadın Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə çatdırılıb.

Xəstəyə həkimlər sol mil sümüyünün sınığı diaqnozu qoyublar.

Fakt araşdırılır.