Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən məlumatına görə,  hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Şəhər sakini, 35 yaşlı Ramin Məmmədovun idarə etdiyi motosiklet “Mercedes” markalı avtomobillə toqquşub. Qəzadan dərhal sonra “Mercedes” hadisə yerindən qaçıb. Motosikletin sürücüsü və onun sərnişini, 26 yaşlı İbrahim Orucov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.