20 Sentyabr 2019
19 Sentyabr 2019
Bakıda avtobus iki piyadanı vuraraq xəsarət yetirdi - FOTO
Bakıda avtobus iki piyadanı vuraraq xəsarət yetirdi -FOTO HADİSƏ 00:28 2019-08-25

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, avtoqəza zamanı piyadaları avtobus vurub.

Belə ki, Zabrat qəsəbəsində qeydə alınmış yol qəzasında 186 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu yolu keçmək istəyən iki piyadanı vurub. Nəticədə ağır xəsarət alan Rza və Əli adlı piyadalar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyətinin daha ağır olduğu deyilir.

Hadisənin təfərrüatlarını Sabunçu polisi araşdırır.


  • Bakıda avtobus iki piyadanı vuraraq xəsarət yetirdi -FOTO