Xudat şəhəri ərazisində bıçaqlanma hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, bıçaq xəsarətləri alan 1996-cı il təvəllüdlü İslam Telman oğlu Eyyubov və 1997-ci il təvəllüdlü Samir Sabir oğlu Aydəmirov Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Yaralılar cərrahi əməliyyat olunub, vəziyyətləri ağır qiymətləndirilir.

Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.