20 Sentyabr 2019
19 Sentyabr 2019
Qubadakı yanğın məhdudlaşdırıldı
Qubadakı yanğın məhdudlaşdırıldı HADİSƏ 10:28 2019-08-25

Quba rayonu, Çiçi kəndi yaxınlığında dağlıq ərazidə başlayan yanğın məhdudlaşdırılıb.

Unikal.org xəbər verir ki, təxminən 15 hektar ərazini əhatə edən ərazidə quru ot və kol-kos yanıb.
Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti və texnikası cəlb edilib.
Hazırda yanğın məhdudlaşdırılıb və daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
Ərazidə digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.