Ötən gecə paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində kütləvi dava baş verib.

Unikal.org xəbər verir ki, baş vermiş hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.  Belə ki, Adil Məmmədov küçəsi 11 ünvanında yerləşən binanın qarşısına gələn gənc oğlan həmin binada yaşayan sevdiyi qızın diqqətini çəkmək üçün fişəng atıb. Bunu görən bina sakinləri onu döyməyə başlayıb. Hadisə yerinə gələn 7-ci Polis Şöbəsinin əməkdaşları  tərəfləri ayırıb.