Türkiyə ordusu İraqda keçirilən “Pəncə-3” əməliyyatında şəhid verib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraqın şimalında PKK terrorçuları ilə atışma nəticəsində 3 əsgər şəhid olub, 7 hərbi qulluqçu yaralanıb. Yaralılar xəstəxanaya yerlədirilib.

Terrorçulara qarşı əməliyyatlar davam edir.