Türkiyənin ulduz müğənnisi Hadisə yenə də sevənlərini təəccübləndirməyi bacarıb. 

Unikal.org Türkiyə mətbuatına istinadən bildirir ki, müğənni tamamilə makiyajsız görüntüsünü paylaşıb. Və bu foto paylaşılan kimi 200 min insan tərəfindən bəyənilib.

Çox maraqlıdır ki, Hadisə bu paylaşımında rəy yerini bağlayıb. Məlumatda bildirilir ki, əgər Hadisə bu formada küçəyə çıxsaydı onu heç kim tanımazdı.