ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan Sinkfild kuboku turnirinin səkkizinci turunun görüşləri keçiriləcək.

Unikal.org xəbər verir ki, şahmatçımız Şəhriyar Məmmədyarov növbəti turda hollandiyalı Aniş Qiri ilə mübarizə aparacaq. 

Qeyd edək ki, şahmatçımız əvvəlki turlarda olduğu kimi, son görüşü də heç-heçə başa vurub. Yeddinci turda onun rəqibi fransalı Maksim Vaşe-Laqrav olub.