Gürcüstanın Batumi şəhərində keçirilən açıq turnirdə Azərbaycan gimnastları uğurla çıxış ediblər.

Unikal.org xəbərə verir ki, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Özbəkistan, Qırğızıstan, Ermənistan komandalarının iştirak etdiyi yarışda 9-10 yaşlı batut gimnastımız İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika məktəbinin yetirməsi, Ammar Baxşalıyev istər yarımfinalda, istərsə də final çıxışlarında üstünlüyü əldən verməyib. Finalda erməniyə qalib gələn Baxşalıyev Batumidə çempionluğu bayram edib. Qeyd edək ki, bu növdə yığma komandanın baş məşqçisi Vladimir Şulikin, A.Baxşaliyevin şəxsi məşqçisi isə Abdulla Qasımovdur.