19 Sentyabr 2019
"Qarabağ" "Qəbələ"ni məğlub etdi
"Qarabağ" "Qəbələ"ni məğlub etdi İDMAN 23:11 2019-08-25

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

Unikal.org  xəbər verir ki, son çempion "Qarabağ" doğma azarkeşlər önündə "Qəbələ"ni qəbul edib. 

"Azersun Arena"da keçirilən qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 61-cı dəqiqədə Riçard Almeyda penaltini dəqiq yerinə yetirib. 63-cü dəqiqədə isə Maqaye Qeye fərqi iki topa çatdırıb. 79-cu dəqiqədə Abdullah Zubir qonaq komandanı növbəti dəfə məyus edib.

Bu nəticədən sonra "Qarabağ" 6-cı xalını qazanıb. "Qəbələ"nin isə xalı yoxdur.

Qeyd edək ki, turun digər oyunlarında "Keşlə" səfərdə "Sabah"ı (1:0), "Səbail" isə səfərdə "Sumqayıt"ı məğlub edib (3:0). İkinci tura sabah keçiriləcək "Zirə" - "Neftçi" oyunu ilə yekun vurulacaq.