Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə Bakıda növbəti dəfə klassik avtomobillərin yürüşü və sərgisi təşkil olunub.

Unikal.org-un məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və bir çox tanınmış şəxslərin izlədikləri yürüşdə 1980-ci ilədək istehsal olunmuş avtomobillər iştirak edib. Onların arasında yürüş üçün qeydiyyatdan keçmiş şəxsi nəqliyyat vasitələri, eləcə də Heydər Əliyev Mərkəzində nümayiş etdirilən Heydər Əliyev Mərkəzinin qarşısından start götürən yürüşdə 100-dən çox klassik avtomobil iştirak edib.

Yürüş-sərgidə “Ford Model A” (1930), “Fiat Balilla” (1933), “Mercedes Benz 220 B Cabrio” (1952), “Chevrolet Corvette” (1960), “Cadillac Eldorado” (1974), “VAZ 21011” – milis (1973), “Qaz 13”- Çayka (1975) və sair kimi nadir nümunələr iştirak edib.

Bakı sakinləri və qonaqlar nadir avtomobil modellərini maraqla izləyiblər.

Tədbir çərçivəsində keçirilən klassik geyimlərin müsabiqəsi də tamaşaçılar tərəfindən coşqu ilə qarşılanıb.