Ağsu rayonunun Kəndaxan kəndinin yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən söndürülüb.

FHN-in Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, yanğın nəticəsində dağlıq ərazidə 10 ha sahədə kol-kos, ağaclar və qurumuş ağacların kötükləri yanıb.

Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.