Şəmkirdə ağır yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, avtoqəza rayonun Könüllü kəndində qeydə alınıb. Hadisə zamanı "Mercedes" markalı minik maşını ilə "KamAZ" markalı yük maşını toqquşub. Toqquşmadan sonra yük maşını minik avtomobilinin üstünə aşıb. 

Qəza nəticəsində xəsarət alanların olduğu deyilir. Hadisənin təfərrüatları araşdırılır. (APA)