19 Oktyabr 2019
18 Oktyabr 2019
Azərbaycanda AĞIR QƏZA: Sürücü maşının ön şüşəsindən çölə düşdü
Azərbaycanda AĞIR QƏZA:Sürücü maşının ön şüşəsindən çölə düşdü HADİSƏ 10:47 2019-09-05

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, "VAZ 2107" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı divara çırpılıb. Qəza nəticəsində sürücü Firdovsi Alməmmədli ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, zərbənin təsirindən sürücü avtomobilin ön şüşəsindən çölə düşüb. Hadisəyə ilkin səbəb kimi yüksək sürət göstərilir. 

Faktla bağlı araşdırma aparılır.