Avqustun 30-da Mingəçevir Şəhər Polis Şöbəsinə obyektlərin birindən 4 ədəd əhəng daşı bişirmək üçün istifadə edilən sobaların oğurlanması barədə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə,  ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu edən şəxsin Mingəçevir şəhər sakini Akif Hüseynov olması müəyyən olunub və o, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. İlkin ifadəsində A.Hüseynov oğurladığı həmin sobaları hissələrə ayıraraq metal qəbulu yerlərinə 1200 manata satdığını etiraf edib. Davam etdirilən tədbirlərlə sobaların hissələri həmin metal qəbulu yerlərindən maddi sübut kimi götürülüb.

Faktla bağlı ŞPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.