20 Oktyabr 2019
19 Oktyabr 2019
Paytaxt sakinindən 2 kq-a yaxın heroin götürüldü
Paytaxt sakinindən 2 kq-a yaxın heroin götürüldü HADİSƏ 15:37 2019-09-05

Paytaxt sakinindən 2 kq-a yaxın heroin götürülüb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Ş.Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1,8 kiloqramdan artıq çəkidə heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.